Berlin Rusiya qazı və neftindən imtina edə bilməz.
ÇıxışYolu.Com TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Almaniya kansleri Angela Merkel Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşündə səsləndirib.
“Biz (Almaniya) Rusiya ilə qaz və neft hasilatı sahəsində əməkdaşlıqdan imtina edə bilmərik”, – o deyib və xatırladıb ki, energetika sahəsində müqavilələr hələ soyuq müharibə dövründən davam edir.
Azərbaycandan qaz alışı məsələsindən danışan Merkel bildirib ki, Berlin Rusiyadan aldığı yanacağın dəyərində bu ölkədən qaz idxal etmək imkanı yoxdur.
“Rusiya digər ölkələrdən fərqli olaraq, Avropaya qazı daha ucuz qiymətə təklif edir”, – Merkel əlavə edib.
Kansler əlavə edib ki, Avropa və NATO Moskvanın düşməni deyil.