Angela Merkel dördüncü dəfə Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə təyin olunub.
ÇıxışYolu.Com “Reuters” agentliyinə istinadən xəbər verir ki, parlament sessiyasında səsvermə zamanı A.Merkel yenidən lazımi qədər səs toplaya bilib.
Səsvermə zamanı 364 deputat Merkelin lehinə, 315 deputat isə onun əleyhinə səs verib. Doqquz nəfər bitərəf qalıb.