Türkiyənin dünyaca məşhur aktrisası Meryem Uzerliyə estetik əməliyyatlar etdirməsi qadağan olunub.
ÇıxışYolu.Com xəbər verir ki, Meryem Uzerli ABŞ-dakı məşhur şirkətlə iki illik müqavilə imzalamaq ərəfəsindədir.
Müqavilədə əsas şərtlərdən biri də “aktrisanın üzündə heç bir estetik əməliyyatlar istəmirik” olan hissədir. Belə ki, aktrisa imzaladığı müqaviləyə əsasən, iki il müddətində estetik əməliyyatlar etdirə bilməyəcək.
Yeni layihəsinə görə qərar vermək məcburiyyətində qalan Meryem Uzerlinin müqaviləyə imza atıb-atmayacağı diqqət mərkəzindədir.
Xatırladaq ki, Meryem Uzerli Hollivud ulduzu Bred Pittlə eyni layihədə yer alacaq.
Qeyd edək ki, aktrisa son vaxtlar estetik əməliyyatları ilə gündəmdədir. Özü bu barədə açıqlama verməsə də, üzündəki dəyişikliklər onu ələ verir.
Sevinc Yasinqızı