Meşədə meyiti tapılan gəncin oğurluq zamanı öldüyü məlum olub

Meşədə meyiti tapılan gəncin oğurluq zamanı öldüyü məlum olub

Baxış sayı: 2. 770 dəfə baxılıb.

Martın 3-də Şabran RPŞ-nə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə tapılan gəncin elektrik vurması nəticəsində öldüyü məlum olub.

ÇıxışYolu.Com-a DİN Mətbuat Xidmətindən verilən xəbərə görə, Şabran RPŞ-in və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri ilə Elton Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyənləşib.

Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq kustar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Qohumları E.Əzimovun öldüyü görərək onu meşəlik ərazidə atıb gediblər.

Keçirilmiş tədbirlərlə hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

www.ÇıxışYolu.Com