Meşədə meyiti tapılan nazirlik əməkdaşının ölümünün yeni təfərrüatı

Meşədə meyiti tapılan nazirlik əməkdaşının ölümünün yeni təfərrüatı

Baxış sayı: 3. 008 dəfə baxılıb.

Meşədə meyiti tapılan nazirlik əməkdaşının ölümünün yeni təfərrüatı

Yevlaxda ağacdan asılı vəziyyətdə tapılan nazirlik əməkdaşının intiharının təfərrüatı məlum olub.

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, Ramis Azaqov ən son Şəki avtovağzalında qəzəbli şəkildə kiminləsə telefonla danışan zaman görülüb.


Mərhum telefonla danışdıqdan sonra Yevlax istiqamətinə gedən avtobusa minib. İlkin ehtimala görə, ona borcu olan tanışı ilə danışıb. Evdən çıxandan 12 gün sonra onun meyiti Yevlax rayonu ərazisində, meşəlik sahədə, meşəbəyi tərəfindən ağacdan asılı vəziyyətdə aşkarlanıb. Ramis Azaqov üç gün sağ qalıb. Ölümündən səkkiz gün sonra isə meyit tanınmaz halda tapılıb. 

Qohumları bildirib ki, Ramis Azaqovun tanışının ona 3500 manatdan çox borcu olub. O, dəfələrlə borcu istəsə də, hədələyiblər və bildiriblər ki, borcu istəsə, onu ortadan götürəcəklər. Ailə üzvləri ondan xahiş ediblər ki, pulu istəməsin. Rasim isə pulu geri alacağını bildirib.

Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsindən ÇıxışYolu.Com-a bildirilib ki, Azaqov Ramiz Şükür oğlu 15.05.1992-ci ildən ƏƏSMN DSMF Şəki şəhər şöbəsində sosial sığorta sektorunda müxtəlif vəzifələrdə işləyib:

“İşlədiyi müddətdə nizam-intizamlı, çalışqan işçi kimi özünü göstərib, kollektivdə hamı ilə hörmətli davranıb və heç bir problemi olmayıb. Sentyabrın 24-də işə gəlmədiyinə görə ailəsi ilə əlaqə saxlanılıb və məlum olub ki, sentyabr 23-də, səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb”.

Faktla bağlı araşdırma aparılır. 

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com