Meşədə xəzinə axtarmaq dülgərə baha başa gəldi – FOTO

Baxış sayı: 6. 518 dəfə baxılıb.

Ankarada 45 yaşlı Murat Yıldız adlı şəxsin iş yoldaşları ilə 8 gün öncə xəzinə axtarışına çıxmasına ona baha başa gəlib.

ÇıxışYolu.Com türk mətbuatına istinadən xəbər verir ki, evli və üç uşaq atası olan dülgər 23 sentyabr tarixində Dərəli adlanan kəndə gəlib. İş yoldaşları ilə meşədə xəzinə axtarışına çıxan Murat onlardan uzaqlaşıb. Telefonu avtomobilində qaldığına görə onunla əlaqə saxlamaq mümkün olmayıb.

Meşədə xəzinə axtarmaq dülgərə baha başa gəldi – FOTO

Muratın itdiyini görən iş yoldaşları polisə xəbər verib. Səkkiz günlük axtarışdan sonra onun cəsədi qayalıqlardan tapılıb.

Polis bildirib ki, o, qayalıqlardan aşağı düşərək həyatını itirib.

Meşədə xəzinə axtarmaq dülgərə baha başa gəldi – FOTO

Qeyd edək ki, məsələ ilə bağlı Muratın qayını və iş yoldaşları şübhəli qismində dindirilib. Nəticə isə ekspertizanın rəyindən sonra bilinəcək.

.
www.ÇıxışYolu.Com