Meşəlidə azərbaycanlılara qarşı terror aktı törədən ermənilərin adları – SİYAHI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hazırda məhkəməsi keçirilən Vaqif Xaçaturyanla birlikdə 1991-ci ilin dekabr
ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürən, 14
nəfərə xəsarət yetirən, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən
didərgin salan ermənilərin adları məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, həmin şəxslər – Xocalı rayonunun Badara
kənd sakinləri Sarkisyan Emest Baxşıyeviç, Sarkisyan Armais Baxşıyeviç,
Qasparyan Benik Astanovic, Abramyan Xoren Melikoviç, Avanesyan Armen
Sarkisoviç, Sarkisyan Vova Armaisovic Xaçaturyan Qariy Nikolayeviç, Kaçaturyan
Nikolay Beglarovic, Abramyan Armen Qaragenoviç, Abramyan Eduard Armenovic,
Abramyan Žina Armenovic, Abramyan Vahid Armenoviç, Ohanyan Karen Aşotovic,
Ohanyan Naorik Aşotoviç, Qasparyan Qurgen Benikoviç, Gasparyan Valery Benkovic,
Davidyan Albert Melikovic Saakyan Samvel Rafikoviç, Osipyan Asatur Baxşıyeviç,
Xaçatryan Karlen Baxşıyeviç, Israelyan Eduard Beglaroviç, Avakyan Artur
Vartanoviç və Sarkisyan Surik Armaisoviçlə, habelə Verdi Allahverdiyan, Vilen
Verdiyan, Qrişa Magişoviç, Slavik Ardemoviç. Qavruşa Zaduroviç, Ruben və
Andronik adlı və şəxsiyyətləri istintaqa məlum olmayan Qarabağ iqtisadi
rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş digər millətçi
ermənilərdən yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin
fəaliyyətində iştirak ediblər.
Həmin cinayət əməllərinin törədilməsi məqsədi ilə Vaqif Xaçatryan qanunsuz
silahlı hərbi birləşmələrin adları qeyd olunan üzvləri ilə birlikdə Azərbaycan
və erməni millətləri arasında milli nifrət və düşmənçiliyin salınmasında,
azərbaycanlıların milli ləyaqətinin alçaldılmasında, milli mənsubiyyətlərinə
görə hüquqlarının məhdudlaşdırılmasında və ermənilərin üstün olmalarına yönələn
hərəkətlər edilməsində aşkar surətdə fəal iştirak edərək, 1988-ci ilin yay
aylarında etibarən Xocalı (keçmiş Əsgəran) rayonunun Meşəli kəndindən Ağdam,
Xocalı, Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda sistematik
hücumlar təşkil edərək onları döyməyə, nalayiq sözlərlə təhqir etməyə,
öldürməklə hədələməyə, əmlaklarını məhv etməyə və onların fiziki məhvinə
yönəlmiş digər addımlar atmağa başlayıblar.