6a1ac61a-578a-4bfd-9f2b-4637e714e7d0..jpg

Meşəlikdə tapdığı narkotik başına bəla oldu – FOTO

Baxış sayı: 1. 003 dəfə baxılıb.

Meşəlikdə tapdığı narkotik başına bəla oldu – FOTO

Daşkəsəndə narkotik vasitə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Cixisyolu.com-a
verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daşkəsən Rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli
bilinən, Gəncə şəhər sakini R.Abdullayev şöbəyə gətirilib.

Onun üzərlərinə baxış keçirilən zaman yarım kiloqram narkotik vasitə olan
qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs maddi sübutlarla
birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, R.Abdullayev ifadəsində Gəncədən
Daşkəsənə istirahətə gedən zaman narkotik vasitəni oradakı meşəlikdə gördüyünü
və daha sonra onu yığmaq üçün həmin əraziyə qayıtdığını bildirib.

Samir İsayev

Source link