f7920ff8-501d-4f17-8823-6c5b4355d890..jpg

Messi ABŞ klubuna keçə bilər – AÇIQLAMA

Baxış sayı: 819 dəfə baxılıb.

Messi ABŞ klubuna keçə bilər – AÇIQLAMA

ABŞ-nin “İnter Mayami” klubunun baş məşqçisi Fil Nevill PSJ-nin hücumçusu
Lionel Messi və “Barselona”nın yarımmüdafiəçi Serxio Busketsin mümkün
transferlərindən danışıb.

İngiltərəli mütəxəssis yayılan xəbərləri təkzib etməyib.

“İnkar etmirəm ki, biz onlarla maraqlanırıq. Messi və Buskets hələ də
fərqlənirlər. Bu iki böyük oyunçu komandamıza ciddi fayda gətirə bilər.
Heyətimizə dünyanın ən yaxşı futbolçularını cəlb etmək istəyirik. Bu, liqa üçün
də dönüş nöqtəsi olardı”, – deyə Nevill “The Times”a bildirib.

Hər iki futbolçunun hazırkı klubları ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Mənbə: “The Times”

Source link