Messi: Argentina mundialın favoriti deyil

Messi: Argentina mundialın favoriti deyil

Baxış sayı: 2. 761 dəfə baxılıb.

Lionel Messi Buenos-Ayresdə oynanılan və Argentina yığmasının Haiti üzərində 4:0 hesablı qələbəsi ilə yekunlaşan hazırlıq görüşündən sonra mətbuat nümayəndələrinin qarşısına çıxıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Leo nəticənin o qədər də önəmli olmadığını deyib.

“Dünya çempionatı ərəfəsində azarkeşlərimizlə sağollaşmaq imkanı əldə etdik. Bu, nəticədən daha önəmlidir. Təsnifat mərhələsi ərzində çətin dönəmdən keçsək də, indi məşqlərdə hər şey qaydasında gedir”, – deyə Messi bildirib.

30 yaşlı futbolçu son olaraq mundialın favoriti olmadıqlarını fikirlərinə əlavə edib: 

“Çempionatın favoriti deyilik, ancaq bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, Lionel Messi Haiti ilə oynanılan hazırlıq qarşılaşmasında het-trik edib. Argentina yığması isə dünya çempionatı öncəsi son hazırlıqlarını tamamlamaq üçün İspaniyanın Barselona şəhərinə yollanıb.

S.T.
www.ÇıxışYolu.Com