Messi Argentina yığmasının il ərzində ilk məğlubiyyətini izah etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Argentina yığmasının hücumçusu Lionel Messi 2026-cl ilin dünya çempionatının
seçmə mərhələsinin 5-ci turunun matçında komandasının uruqvaylı futbolçulara
məğlubiyyətini izah edib.
“Bütün oyun boyu diskomfort hiss etdik. Uruqvayın komandası atletikdir və
onlar bir-biri ilə yaxşı qarşılıqlı fəaliyyət göstərirlər. Onlara qarşı həmişə
belə olur”, – deyə Messi bildirib.
Xatırladaq ki, görüş Uruqvay yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Argentina üçün bu məğlubiyyət 2022-ci il noyabrın 22-dən bəri ilk məğlubiyyət
olub. O zaman 2022-ci il dünya çempionatının final turnirinin qrup mərhələsinin
ilk turunda argentinalı futbolçular Səudiyyə Ərəbistanına uduzublar (1:2).
Lakin bundan sonra komanda 14 matç geri qalmayıb.
Qeyd edək ki, Argentina hazırda dünya çempionudur. Milli komandanın kapitanı
Messi oktyabrın 30-da karyerasında səkkizinci “Qızıl top”u alıb.
Mənbə: apnews.com