Messi Avropanın ən yaxşı futbolçusu olmaq şansını qaçırdı

Baxış sayı: 2. 720 dəfə baxılıb.

Messi Avropanın ən yaxşı futbolçusu olmaq şansını qaçırdı

UEFA 2017-2018-ci illər mövsümündə Avropanın ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. 

ÇıxışYolu.Com-ın UEFA-ya istinadən verdiyi məlumata görə, onların arasında “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah, “Real”ın futbolçusu Luka Modriç və “Yuventus”un hücumçusu Kriştianu Ronaldu var.

Mükafatın qalibi avqustun 30-da Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı müəyyən olunacaq.

Qeyd edək ki, bu il “Barselona”nın frovardı Lionel Messi mükafata namizədlərin arasında yer almayıb. O, bu mükafata 2011 və 2015-ci illərdə layiq görülüb. 

www.ÇıxışYolu.Com