989c61ef-1a1c-4cae-bc08-f0070a953bb8..jpg

Messi Dünya kuboku ilə yatmasının tarixçəsini danışdı – FOTO

Baxış sayı: 780 dəfə baxılıb.

Messi Dünya kuboku ilə yatmasının tarixçəsini danışdı – FOTO

Argentina milli futbol komandasının kapitanı Lionel Messi 2022-ci il
çempionatını qazandıqdan sonra yataqda Dünya kuboku ilə şəklinin tarixçəsini
danışıb.

Onun sözlərinə görə bu yarımmüdafiəçi Rodriqo de Polonun təşəbbüsü olub.

“Biz (Argentinaya) səhər tezdən çatdıq, çox az yatdıq. Saat qurşaqlarını
dəyişdikdən sonra maksimum bir-iki saat. Səhər altı idi və mən artıq televizoru
açmışdım. Otağımla üzbəüz Rodriqo və Otamendi qalırdılar. Çox güman ki, mənim
hamama getdiyimi və televizoru açdığımı eşitdilər. Bilmirəm niyə, amma o gecə
kubok məndə qalmışdı, otağımda idi. Rodriqo içəri girəndə mən onunla
oturmuşdum. O, mənə baxdı və dedi: “Uzan, mən sənin şəklini çəkəcəyəm”, – deyə
Messi danışıb.

Yeri gəlmişkən, bir müddət əvvəl Messinin nümayiş etdirib poza verdiyi kubokun
saxta olduğu ortaya çıxmışdı.

Xatırladaq ki, dekabrın 18-də Qətərdə keçirilən 2022-ci il Dünya çempionatının
finalında Argentina millisi Fransa yığmasını
üstələyib və kubokun yeni sahibi olub. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb.
Əlavə vaxt da komandaların qol mübadiləsi ilə yekunlaşıb. Penaltilər
seriyasında isə argentinalılar daha dəqiq olublar (4:2).

Messi turnirin ən yaxşı oyunçusu seçilib.

Mənbə: Ole

Source link