Messi öz problemlərinə görə Madridi ittiham etdi

Baxış sayı: 3. 081 dəfə baxılıb.

Messi öz problemlərinə görə Madridi ittiham etdi

“Barselona” klubunun hücumçusu Lionel Messi İspaniya vergi xidmətləri tərəfindən iddialarla necə qarşılaşmasından danışıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Sport.es məlumat yayıb. 

“Həmin il (2017 – red.) mənim üçün çox çətin oldu. Xəzinədarlarla problem yaşadım. Mən depressiyaya düşmədim, ancaq onlar mənə qarşı hücuma keçdilər, mənim ailəm, atam, yaxınlarım haqqında danışdılar.

Çox çətin idi. Bu, Madridə aiddir. Hiss edirdim ki, mənə qarşı açıq hücuma keçiblər. 

Xoşbəxtlikdən, məni Barselonada, Kataloniyada dəstəklədilər və bu, məni çox xoşbəxt etdi”, – Messi deyib. 

Futbolçunun fikrincə, hücumların başında Madrid dururdu.

“Düşünürəm ki, bu sifariş idi. Mənə qarşı hücuma keçmək və məni sancmaqla, zəif vaxtdan istifadə etməyə çalışırdılar”, – o qeyd edib. 

Futbolçu və atası Xorxe 4,1 milyon dəyərində vergidən yayınmada ittiham olunurdu. 

İddialara görə, oyunçu 2007, 2008 və 2009-cu illərdə gəlirləri ilə bağlı düzgün məlumat verməyib və vergi ödəməyib. Hücumçu İspaniyaya 252 min avro, atası isə 180 min avro ödəməli idi. 

www.ÇıxışYolu.Com