2f833671-2f1f-4d2d-b343-842b461bda67..jpg

Messi PSJ-də hamı üçün tətbiq edilən qaydadan kənarda saxlanılıbmış

Baxış sayı: 940 dəfə baxılıb.

Messi PSJ-də hamı üçün tətbiq edilən qaydadan kənarda saxlanılıbmış

Fransanın PSJ klubunun futbolçusu Neymar “L’Équipe”ə verdiyi müsahibəsində
2021-ci ildə Lionel Messinin “Barselona”dan Paris klubuna yeni keçdiyi vaxtda
maraqlı bir hadisədən danışıb.

Onun sözlərinə görə, PSJ-nin ovaxtkı baş məşqçisi Maurisio Poçettino məşq
başlamazdan əvvəl futbolçulara elan edib ki, üç rəqibindən topu ala bilən
istənilən futbolçu dərhal məşqi tərk edə bilər.

Ertəsi gün Poçettino Messiyə yaxınlaşaraq bu qaydanın ona aid olmadığını
bildirib.

Mənbə: Sports.ru

Source link