7b46eddb-bfbe-4d8e-ae57-2ef3069460cc..jpg

Messi “Qızıl top”u azarkeşlərə təqdim etdi – VİDEO

Baxış sayı: 372 dəfə baxılıb.

Messi “Qızıl top”u azarkeşlərə təqdim etdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi “Nyu-York Siti” ilə
yoldaşlıq oyununun başlanğıcında meydana “Qızıl top”la daxil olub.

36 yaşlı argentinalı karyerasında səkkizinci dəfə qazandığı “Qızıl top”u yerli
publikaya nümayiş etdirib.

“Bu sevinci hamınızla bölüşmək çox xoşdur. Mən burada yeniyəm, amma elə gəlir
ki, uzun müddət keçib. Mən təkcə burada olanlara deyil, Mayamidəki hər kəsə
təşəkkür etmək istərdim. Gələn il daha yaxşı olacağına şübhəm yoxdur. Biz bu
uğurdan həzz almağa, daha çox titul qazanmağa çalışacağıq və ümid edirəm ki,
siz bizimlə olacaqsınız”, – deyə Lionel Messi vurğulayıb.

Mənbə: ESPN


Source link