5e860bfa-e255-4b84-9fc6-0ac62441b448..jpg

Messi Ronaldoya qarşı oynaya bilər

Baxış sayı: 718 dəfə baxılıb.

Messi Ronaldoya qarşı oynaya bilər

PSJ və “Əl Nəsr” arasında yaxın həftələrdə yoldaşlıq oyunu keçirilə bilər.

Məlumata görə, Fransa klubu ilə Səudiyyə Ərəbistanı komandası arasında
keçiriləcək oyun 2022-ci ilin yanvarına planlaşdırılsa da, koronavirus
pandemiyası səbəbindən təxirə salınıb.

Argentinalı hücumçu Lionel Messi məhz PSJ-də çıxış edir. Portuqaliyalı
futbolçu Kriştianu Ronaldu isə bugünlərdə “Əl Nəsr” ilə müqavilə imzalayıb.

Messi və Ronaldu sonuncu dəfə 2020-ci ilin dekabrında Çempionlar Liqasının
“Barselona” və “Yuventus” matçında qarşılaşıblar. Bu görüşdə portuqaliyalı
hücumçu dubla imza atıb.

Mənbə: sport-express.ru

Source link