Messi Ronaldunun “Yuventus”a keçməsinə təəccüblənib

Baxış sayı: 2. 163 dəfə baxılıb.

Messi Ronaldunun “Yuventus”a keçməsinə təəccüblənib

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi portuqaliyalı Kriştianu Ronaldunun İtaliyanın “Yuventus” komandasına keçidinə ilk dəfə münasibət bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, argentinalı futbolçu təəccübləndiyini gizlətməyib: 

“Düzünü desəm, Kriştianunun “Real”ı tərk edəcəyini gözləmirdim. Madridlilər Ronaldunun gedişi ilə çox şey itirdilər. Mən bir çox klubun ona maraq göstərdiyini eşitmişdim, lakin “Yuventus” ən az ehtimal olunan variant kimi görünürdü. Həqiqətən, təəccübləndim, ancaq turinlilərin çox yaxşı komandası var.

Əlbəttə, “Real”da başqa yaxşı oyunçular da var və klub bütün titullar uğrunda mübarizəni davam etdirəcək. Ronaldusuz onlara çətin olacaq, “Yuventus” isə Çempionlar Liqasında aşkar favorit olacaq”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com