Messi təhlükəsizlik səbəbi ilə ən yaxın ailə üzvünün toyuna gəlmədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İnter Mayami”nin hücumçusu Lionel Messi həyat yoldaşının bacısı Antonella
Rokussonun nikah mərasiminə qatılmayıb.
Nikah mərasimi Argentinanın Rosario şəhərində baş tutub. Mərasimlə bağlı
məlumatlar gizli saxlanılsa da, geniş təhlükəsizlik tədbirləri qonşuların
diqqətini cəlb edib və onlar kilsənin ətrafına toplaşmağa başlayıblar. Tezliklə
onlar tədbirin kimin toy mərasimi ola biləcəyini başa düşüblər və Messini
görmək ümidi artmağa başlayıb.
Lakin Messinin özü təhlükəsizlik səbəbi ilə mərasimdə iştirak etməyib. Daha
sonra Argentina millisinin kapitanı nikahın ikinci hissəsindəki şənliyə qatılıb.
Mənbə: “Marca”