94683376-27ee-4926-95cd-d4c98ef5e98d..jpg

Messi tarixi rekordu təkrarlaya bilər

Baxış sayı: 582 dəfə baxılıb.

Messi tarixi rekordu təkrarlaya bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina millisinin kapitanı Lionel Messi tarixi rekordu təkrarlaya bilər.

“Report” xəbər verir ki, 36 yaşlı futbolçu bunun üçün DÇ-2026-nın Cənubi
Amerika zonası üzrə seçmə mərhələsində Braziliya ilə keçiriləcək oyunda qol
vurmalıdır.

O, seçmə mərhələlərdə indiyə qədər üz-üzə gəldiyi rəqiblərdən yalnız
Braziliyanın qapısına yol tapa bilməyib. Ulduz futbolçu “pentakampeonlar”la
matçda tilsimi qırmağı bacarsa, Cənubi Amerika zonasında seçmə mərhələlərdə
bütün komandalara qol vuran 5-ci oyunçu olacaq.

Hazırda ekvadorlu Aqustin Delqado, uruqvaylılar Luis Suares, Edinson Kavani və
çilili Aleksis Sançes bu rekorda şərikdirlər.

Qeyd edək ki, seçmə mərhələnin VI turunun Braziliya – Argentina görüşü
noyabrın 22-də keçiriləcək. Hazırda son dünya çempionu 12 xalla turnir
cədvəlinə başçılıq edir, “sambaçılar” isə 7 xalla 5-ci pillədə qərarlaşıb.

Source link