4ddecf80-b736-402f-b280-4ff99eb5edc9..jpg

Messi və Di Mariya Olimpiya Oyunları arzusunda

Baxış sayı: 466 dəfə baxılıb.

Messi və Di Mariya Olimpiya Oyunları arzusunda
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi və Portuqaliya
“Benfika”sının yarımmüdafiəçisi Anxel Di Maria 2024-cü ildə Parisdə keçiriləcək
Yay Olimpiya Oyunlarında oynamaq istəyirlər.

Məlumata görə, Argentina Futbol Federasiyası futbolçuların milli komandanın
tərkibində Parisdə ola bilməsi üçün müvafiq addımlar üzərində işləyir.

Məşqçilər korpusu hər iki futbolçunu Argentina U23 millisinin yoldaşlıq
oyunları keçirə biləcəyi Asiya turuna çağırmağı planlaşdırır.

Həmçinin bildirilir ki, Lionel Messi və Anxel Di Maria gənclər komandası ilə
məşqdə iştirak edə biləcəklər.

Qeyd edək ki, hər iki oyunçu artıq 2008-ci ildə Pekində keçirilən Olimpiya
Oyunlarında qızıl medal qazanıb.

Mənbə: championat.com

Source link