da992fb2-b991-4c90-aee5-f3824a8ee493..jpg

Messi və Ronaldu yenidən rəqib ola bilərlər: Astronomik məbləğ ödəməyə hazırdırlar

Baxış sayı: 799 dəfə baxılıb.

Messi və Ronaldu yenidən rəqib ola bilərlər: Astronomik məbləğ ödəməyə
hazırdırlar

Lionel Messi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“Əl-İttihad” argentinalı futbolçunun xidmətində maraqlıdır. Məlumata görə,
klub PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 35 yaşlı hücumçuya
astronomik məbləğ təklif edib. Onlar Messiyə illik 94 milyon dollar ödəməyə
hazırdırlar.

Bu keçidlə “Əl-İttihad” “Ən-Nəsr” və “Əl-Hilal”dan geriliyi aradan qaldırmaq
və yenidən çempion olmaq istəyir. İddia edilir ki, artıq klub nümayəndələri
futbolçunun yaxın ətrafı ilə qeyri-rəsmi danışıqlara başlayıblar.

Bir müddət əvvəl “Ən-Nəsr” Kriştianu Ronaldunu transfer edərək, səs-küyə səbəb
olmuşdu.

Mənbə: “Marca”

Source link