a38d229d-5510-4676-bc9e-a9f32262136c..jpg

Messinin “Azərxalça” imzalı ad günü hədiyyəsi – VİDEO

Baxış sayı: 726 dəfə baxılıb.

Messinin “Azərxalça” imzalı ad günü hədiyyəsi – VİDEO

Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən işlər
ən qədim dekorativ-tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqəti daha
da artırıb.

Ölkəmizdə xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə
daxilində və xaricində təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirilir. Təsadüfi deyildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin
gözəlliyi ilə seçilən yun və ipək xalçalarına xalçasevərlər tərəfindən böyük
tələbat var. Əsl əl işi, yerli istehsal, Şəki ipəyindən toxunulmasına
başlanılmış ipək xalçalarımız mifik qüdrəti və qəlb ovsunlayan gücü ilə
sərhədləri aşır.

“Azərxalça” ASC-də “Əjdahalı” kompozisiyasında icra olunmuş ipək xalçanın
dünya şöhrətli argentinalı futbolçu Lionel Messinin evini bəzəməsi
bənzərsizliyi ilə qəlblərə yol tapan Azərbaycan xalçalarının sərhəd tanımayan
cazibəyə malik olduğunu bir daha göstərir.

Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan
“Əjdahalı” xalçaları qədim və zəngin tarixə malikdir. Şərq aləmində “əjdaha”
evin, ocağın şər qüvvələrdən qorunmasını simvolizə edən motiv nümunələridir.
Xalçanın kompozisiyasının şərhinə gəldikdə isə, əjdaha təsvirli xalçaların əsas
sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rənglərin ahəngdar bölgüsündən
ibarətdir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli
yarpaqlarla əhatələnir. Xalçaların üzərlərində stilizə olunmuş əjdaha
təsvirləri naxışlar vasitəsilə verilir. Əjdaha simvolu olan naxış və elementlər
bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk “Əjdahalı” xalçalar Səfəvilər
dövründə yaranıb.

Qeyd edək ki, azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə
iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib və bu xalça məhz
“Azərxalça” ASC-nin istehsalı olan xalçadır.


Source link