979629ce-1cc0-4ca6-9a33-73949a1dffc5..jpg

Messinin son dəqiqədəki qolu PSJ-yə qələbə qazandırdı – VİDEO

Baxış sayı: 732 dəfə baxılıb.

Messinin son dəqiqədəki qolu PSJ-yə qələbə qazandırdı – VİDEO

PSJ Liqa 1-in 24-cü turunda evdə “Lill”dən qələbəni qoparıb (4:3).

Parislilər matça inamlı başlayıblar. İlk hissənin birinci yarısında Kilian
Mbappe və Neymar fərqlənib (2:0). Lakin sonradan qonaqlar 3 top vuraraq önə
keçiblər (2:3).

87-ci dəqiqədə Mbappe yenidən qol vuraraq hesabı bərabərləşdirib (3:3). Lionel
Messi isə 95-ci dəqiqədə cərimə zərbəsindən qələbə qolunu vurub – 4:3.

Hazırda PSJ 57 xal toplayıb və turnir cədvəlinə başçılıq etməkdə davam edir.
“Lill” 42 xalla 5-ci yerdədir.


Source link