4e55dada-e44f-4dd4-95a7-75b17b208770..jpg

Messisiz “İnter Mayami” autsayderlə bacarmadı – VİDEO

Baxış sayı: 495 dəfə baxılıb.

Messisiz “İnter Mayami” autsayderlə bacarmadı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 31-də MLS-də “İnter Mayami” “Nyu York Siti” qarşılaşması baş tutub.
Fort Lauderdeyl (ABŞ) şəhərindəki “DVR Stadium”da keçirilən oyun 1:1 hesabı ilə
heç-heçə başa çatıb.

15-ci dəqiqədə meydan sahiblərinin uruqvaylı hücumçusu Luis Suares hesabı
açıb. Lakin fasilədən əvvəl “Siti”nin kosta-rikalı yarımmüdafiəçisi Alonso
Martinez qol vuraraq bərabərliyi bərpa edib və matçın yekun hesabını
müəyyənləşdirib.

Qonaqların argentinalı hücumçusu Lionel Messi bud nahiyəsindən aldığı zədə
səbəbindən komandasının ardıcıl üçüncü matçını buraxıb. Onun komanda yoldaşları
Serxio Busquets və Jordi Alba isə 90 dəqiqə meydanda oynayıblar.

“İnter Mayami” yeddi matçdan sonra 11 xalla MLS turnirində ikincidir.
“Nyu-York Siti” isə altı oyundan sonra dörd xalla turnir cədvəlinin sonuncu
pilləsində qərarlaşıb.

Source link