8f9b29e3-2630-488d-93e0-ffd4f8ef0600..jpg

Messiyə heykəl ucaldıldı: Pele və Maradonanın heykəllərinin yanında qoyulacaq – FOTO/VİDEO

Baxış sayı: 1. 087 dəfə baxılıb.

Messiyə heykəl ucaldıldı: Pele və Maradonanın heykəllərinin yanında qoyulacaq
– FOTO/VİDEO

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina millisinin kapitanı
Lionel Messiyə heykəl ucaldıb.

Heykəl ötən gecə Libertadores Kubokunun püşkatma mərasimi zamanı təqdim
edilib. Messi Argentina millisinin formasında, əlində dünya kuboku ilə təsvir
olunub. Heykəl CONMEBOL-un muzeyində, əfsanəvi Dieqo Maradona və Pelenin
heykəllərinin yanında qoyulacaq.

Bundan başqa, Messiyə Dünya və Finalissima kuboklarının surətlərinin yer
aldığı “əsa” təqdim olunub.

Mənbə: “TYC Sports”


Source link