cadba9ab-7f9c-4604-8f2b-10e603f70ee0..jpg

Metroda cibgirlik edən şəxs ələ keçdi

Baxış sayı: 695 dəfə baxılıb.

Metroda cibgirlik edən şəxs ələ keçdi

İctimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq etməkdə şübhəli bilinən şəxs
saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Bildirilib ki, Metropolitendə Polis İdarəsinə ayrı-ayrı vaxtlarda qatarda iki
sərnişinin mobil telefonlarının cibgirlik yolu ilə talanması barədə məlumatlar
daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq
əməlində şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Əli
İsayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link