73bffb22-0694-475b-8d15-03cf28b63a80.webp

Metroda sərnişin qatarın altına düşüb öldü

Baxış sayı: 36 dəfə baxılıb.

Metronun “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb.

Bu barədə Cixisyolu.com-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, qatar maşinisti əyləci sıxıb, yüksək gərginlik çıxarılıb. Kişi
cinsli sərnişinin qatar yolundan çıxarılması üçün əməliyyat planı həyata
keçirilib. Lakin sərnişin vəfat edib.

Qatarların hərəkətində 17 dəqiqəlik yubanma baş verib.

Aygün Mirakif

Source link