Metroda sərnişinin telefonunu oğurladı: Format edib özü işlətdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Metropolitenində sərnişinin telefonunu oğurlayan şəxsə hökm oxunub.
“Qaynarinfo”nun məlumatına görə, oğurluğu törətməkdə təqsirləndirilən 15
avqust 1966-cı ildə Bakı şəhərində anadan olmuş Vüqar Əliyev saxlanılıb.
O, ötən ilin noyabr ayında metronun “Nəriman Nərimanov” stansiyasından
“Gənclik” stansiyası istiqamətinə hərəkət edən qatarda Gülər (şərti) adlı
sərnişinin cibindən “BakıKart” ictimai nəqliyyat ödəniş kartını və “Xiaomi
Redmi Note” markalı mobil telefonu oğurlayıb.
Vüqar Əliyev oğurladığı telefonu format etdikdən sonra özü işlətməyə başlayıb.
Aparılan araşdırma zamanı telefonun yeri müəyyənləşdirilib və Vüqar Əliyev
hadisəni törətdiyini etiraf edib.
Məhkəmənin qərarı ilə əvvəllər məhkum olunmuş Vüqar Əliyev Cinayət
Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə
təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin
olunub.