6103db01-f59a-42c1-bd86-706ba39a25fb..jpg

Metronun bir stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Baxış sayı: 471 dəfə baxılıb.

Metronun bir stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi
çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakı metrosunun
“Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, azarkeşlərin Tofiq Bəhramov adına Respublika stadionun
gediş-gəlişini asanlaşdırmaq, o cümlədən səmti rahat müəyyənləşdirə bilmələri
üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli
əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Qatarların hərəkəti iş günü ərzində adi iş rejiminə uyğun tənzimlənəcək.
Bununla belə, gün ərzində nəzarət mexanizmləri tətbiq olunacaq, xüsusən metro
istifadəçilərinin oyun başa çatdıqdan sonra təhlükəsiz və rahat daşınması üçün
ehtiyat qatarlar hazır vəziyyətdə saxlanmaqla, zərurət yarandığı təqdirdə xəttə
buraxılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə
saxlanılacaq.

Source link