6474b657-5e3f-47ac-9134-8d8a48126c57..jpg

Metronun iş rejimində dəyişiklik edilib

Baxış sayı: 828 dəfə baxılıb.

Metronun iş rejimində dəyişiklik edilib

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu
“Gent”lə keçirəcəyi oyuna görə, fevralın 16-dan 17-nə keçən gecə metronun
“Gənclik”, “Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər işləyəcək.

Bu barədə “Qarabağ” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, matçın gec başa çatacağı nəzərə alınaraq, “Bakı Metropoliteni”
QSC-yə müraciət ünvanlanıb. Bu müraciətə “Bakı Metropoliteni” QSC tərəfindən
müsbət cavab verilib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək “Qarabağ” – “Gent” oyunu saat 21:45-də başlayacaq.

Source link