Metyu Miller: “ABŞ Bakı-İrəvan dialoqunun asanlaşdırılmasında istənilən rolu
oynamağa hazırdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasında istənilən
mümkün rolu oynamağa hazırdır”.
“Trend”in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu
Miller bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ABŞ bu problemi həll etməyin yolunun danışıqlar masasında
olduğunu açıq şəkildə bildirib.
“Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə
dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Azərbaycan və
Ermənistan liderləri ilə danışanda açıq şəkildə bildirdi ki, onlar arasında
dialoq olmalıdır. Biz bu dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu
oynamağa hazırıq. Amma qarşıdan gələn konkret görüşləri açıqlamaq istəmirəm”, –
deyə Miller əlavə edib.