00c4cf34-b880-4abc-9a07-526117ed82ad..jpg

Metyu Perrinin ölüm səbəbi məlum olub

Baxış sayı: 486 dəfə baxılıb.

Metyu Perrinin ölüm səbəbi məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-li aktyor və “Dostlar” serialının ulduzu Metyu Perrinin ölüm səbəbi məlum
olub.

Məlumata görə, aktyor ketaminin kəskin təsiri nəticəsində dünyasını dəyişib.
Bu ölüm səbəbi Los-Anceles Tibbi Ekspertiza Ofisi tərəfindən edilən yarılma
hesabatında göstərilib.

Qeyd edək ki, bu dərman ABŞ-də anesteziya vasitəsi, həmçinin depressiyanı
müalicə etmək üçün istifadə olunur. Sənəddə aktyorun depressiya və narahatlıq
üçün ketamin infuziya terapiyası aldığı bildirilir. Son müalicə seansı
ölümündən bir həftə yarım əvvəl baş tutub.

Sənətçinin ölümünə səbəb olan amillər arasında huşunu itirməsi nəticəsində
boğulma da göstərilib.

Qeyd edək ki, Metyu Perri oktyabrın 28-də 54 yaşında Los-Ancelesdəki evində
vəfat edib.

Mənbə: gazeta.ru

Source link