Mey kral ailəsinin xeyir işinə dəvət olunmadı

Mey kral ailəsinin xeyir işinə dəvət olunmadı

Baxış sayı: 2. 406 dəfə baxılıb.

Britaniyanın baş naziri Tereza Mey şahzadə Harri və Meqan Marklın izdivac mərasiminə dəvət olunmayıb.

ÇıxışYolu.Com “Independent”ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətində olan mənbə açıqlama verib.

Məlumata görə, mayın 19-da Bukenqem sarayında  baş tutacaq toyda qonaq qismində yalnız cütlüyün şəxsən tanıdığı insanlar, ailə üzvləri və dostları iştirak edəcək.

Mənbə toyun, bəyin böyük qardaşı şahzadə Uilyamın 2011-ci ildə baş tutan nikah mərasimindən fərqli olaraq tam-təraqlı keçməyəcəyini və toya siyasətçilərin dəvət almayacağını bildirib.

.
www.ÇıxışYolu.Com