Rusiyanın keçmiş rusiyalı casus Sergey Skripalı zəhərləmək üçün motivləri olub.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatla Britaniyanın baş naziri Tereza Mey çıxış edib.
“Hesab edirəm ki, Rusiyanın bunun üçün imkanı və hətta deyərdim ki, motivi və niyyəti də var. Belə ki, Rusiyanın bu cür davranış nümunəsi Avropada da müşahidə olunur”
Britaniyalı hökumət başçısının sözlərinə görə, zəhərlənmə insidenti başqa ölkələrdə də baş verə bilər.
Xatırladaq ki, martın 4-də Britaniyanın Solsberi qəsəbəsində Rusiyanın keçmiş kəşfiyyat polkovniki Sergey Skripal və onun qızı “Noviçok” fəsiləsindən olan sinir iflici yaradan maddə ilə zəhərlənib.
Britaniya həmin maddənin Rusiyada istehsal olduğunu və sui-qəsdə cəhddə Moskvanın əli olduğunu iddia edir. Moskva bu iddiaları təkzib edir.