Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkəsinin silahlı qüvvələrinin ABŞ və Fransa ilə birgə Suriyaya zərbələr endirdiyini təsdiqləyib.
“Bu gün axşam britaniya silahlı qüvvələrinə uzlaşdırılmış və dəqiq zərbələr endirməyi tapşırdım”, – deyə, Meyin bəyanatında deyilir, ÇıxışYolu.Com xəbər verir.
Onun sözlərinə görə, bu qərar “Suriya rejiminin kimyəvi potensialı ilə” mübarizə üçün qəbul edilib.
“Biz amerikalı və fransalı müttəfiqlərimizlə birgə hərəkət edirik”, – deyə, o, əlavə edib.
Mey qeyd edib ki, artıq “Suriya rejiminin kimyəvi silahdan istifadəsi” ilə mübarizə üçün “güc tətbiqinə heç bir alternativ yoxdur”.
Fransız lider Emmanuel Makron həmçinin Suriyada ABŞ və Böyük Britaniya ilə birgə hərbi əməliyyatın keçirilməsinə əmr verib.
Bu barədə məlumatı Yelisey sarayının mətbuat xidməti yayıb.
“Əməliyyatımız Suriya hökumətinin kimyəvi silah yaratmaq və tətbiq etməyə imkan verən obyektlərinə endiriləcək”, – deyə, bəyanatda bildirilir.
Qeyd edək ki, bundna əvvəl ABŞ prezidenti Donald Tramp Duma şəhərində güman olunan kimyəvi hücuma cavab olaraq, Suriyaya dəqiq zərbələr endirməyi əmr edib.