Meyvələrə kimyəvi maddə vurulduğu iddia edilir: Xərçəng xəstəliyi yarada bilər – VİDEO

Baxış sayı: 670 dəfə baxılıb.

Meyvələrə kimyəvi maddə vurulduğu iddia edilir: Xərçəng xəstəliyi yarada bilər
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son zamanlar bazarlarda satılan meyvələrə, xüsusən də xarici ölkələrdən
gətirilənlərə parafin vurulduğu iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, alıcılar deyirlər ki, bu maddə məhsulların
daha uzunömürlü olması və parlaq görünməsi üçün tətbiq edilir.

Satıcılar isə bu iddialarla razılaşmırlar. Onlar bildirirlər ki, məhsulların
parlaq görünməsinin səbəbi parafin deyil, meyvənin öz şirəsi bu cür görüntü
yaradır.

Qida ekspertləri də xaricdən gətirilən meyvələrə onların xarab olmaması və
uzun müddət qalması üçün kimyəvi qatqı maddələrinin vurulduğunu deyirlər.

Qida mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bu maddələr onkoloji
xəstəliklərin yaranmasına səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, meyvə alarkən onun görünüşünə yox, keyfiyyətinə
üstünlük vermək vacibdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link