0680575c-a402-4682-a897-7978fbbf122d..jpg

Meyxana ustadının son vəziyyəti açıqlanıb

Baxış sayı: 539 dəfə baxılıb.

Meyxana ustadının son vəziyyəti açıqlanıb

Ustad meyxanaçı Kərimin vəziyyəti pisləşib.

Bu barədə məlumatı onun yaxın dostu, müntəzəm olaraq Kərimə baş çəkən
meyxanaçı Ağamirzə verib.

O, Lent.az-a bildirib ki, son dəfə Kərimlə 10 gün öncə görüşüb.

“Bu günlərdə getməmişəm, yalan deyərəm, amma 10 gün olar ki, baş çəkmişdim
ona. Vəziyyəti pisləşsə, xəbərim olardı. Elə bir şey yoxdur. Amma ümumi olaraq
vəziyyəti yaxşıya doğru yox, pisə doğru dəyişir. Həkim nəzarəti altında
dərmanları verilir, həkim özü də ümumi nəzarət edir. Ailəsi qayğısına qalır.
Allah kömək olsun deməkdən başqa çarəmiz qalmayıb. Bu dərdin tibb elmində əlacı
yoxdur”, – deyə meyxana ustası əlavə etdi.

Qeyd edək ki, 59 yaşlı meyxanaçı Kərim uzun müddətdir keçirdiyi insult səbəbi
ilə yataq xəstəsidir. O, sərbəst şəkildə heç bir hərəkəti yerinə yetirə, danışa
və ətrafındakıları tanıya bilmir.

Source link