320b716e-a6b5-461e-a330-4ae931cd071d..jpg

Meyxanaçı Elza Seyidcahanla qalmaqalı HAQDA: “Aramızda olan bütün söz-söhbət…”

Baxış sayı: 629 dəfə baxılıb.

Meyxanaçı Elza Seyidcahanla qalmaqalı HAQDA: “Aramızda olan bütün
söz-söhbət…”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yenidən bu məsələnin hansı səbəbdən şişirdildiyini bilmirəm. Bu, heç mənə
maraqlı da deyil. Bizim aramızda olan bütün söz-söhbət, münasibət bitib”.

Bu fikirləri Əməkdar artist Elza Seyidcahanın onu polisə şikayət etməsi ilə
bağlı yayılan xəbərə münasibət bildirən tanınmış meyxanaçı Vüqar Əbdülov
Yenicag.az-a açıqlamasında deyib.

O, çoxdan baş vermiş bir məsələnin yenidən gündəmə gətirilməsinə qarşı çıxıb:

“Bu hadisə iki-üç ay əvvəl olub. Polis İdarəsindən çağırış gəldi, Elza xanımla
görüşdük, danışdıq, razılaşdıq, barışdıq. Ondan sonra mənim tərəfimdən Elza
xanıma nə zəng, nə münasibət, nə də bir sözləşmə olub”.

Qeyd edək ki, Elza Seyidcahan Vüqar Əbdülovun “Meyxəbər” verilişində onun
şeirləri barəsində fikir söyləməsini əsas gətirərək bu addımı atdığını bildirib.

Source link