Meyxanaçı Namiq Qaraçuxurlunun özünə qoyduğu QADAĞA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İş çox olanda giley olur. Çünki insan özünə, ailəsinə vaxt ayıra bilmir.
İllərdir bu işin içindəyəm, bütün prosesləri keçmişəm. İnsana əsas özü, ailəsi,
dostlarıdır. Düzdür, sənətlə də məşğul olmaq lazımdır. Amma gözəlliyi
maddiyyata qurban vermək olmaz. Bəziləri üç-dörd gün pul qazanmayanda dəli
olur. Mən o insanlardan deyiləm”.
Axsam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu verilişlərin
birinə qonaq olarkən deyib.
O bildirib ki, sənətdən çox ailəsinə vaxt ayırmağa üstünlük verir.
Namiq trendə düşən mahnılardan da söz açıb:
“Bəzən şou-biznesdə nələrsə baş verir, mən trend olan hadisələrdən qaçıram.
Kimsə orada zirvə tapır, kimsə biabır olur. Trend həvəskarı olmaq qorxuludur.
Bir ara mənim də beynimi doldurmuşdular. Gördüm ki, yaxşı iş aparmıram. Amma
trendə düşəndə sevinirsən”.
N. Qaraçuxurlu aparıcı Kazım Sübhanın “Namiqə hansı mövzuda sual vermək olmaz”
sualına belə cavab verib: “Mənə bütün mövzularda sual vermək olar, amma cavab
almaq yox. Şəxsi həyatdan başqa, xüsusi qadağam yoxdur. Hər mövzuda danışıram”.