MİDA-da şikayətlərlə bağlı komissiya yaradılıb

MİDA-da şikayətlərlə bağlı komissiya yaradılıb

Baxış sayı: 3. 310 dəfə baxılıb.

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı mənzillərlə bağlı yaranmış narazılıqları aradan qaldırmaq üçün qurumda xüsusi komissiya yaradılıb.

ÇıxışYolu.Com xəbər verir ki, komissiya şikayətləri araşdıraraq 10 gün ərzində vətəndaşlara cavab verəcək.

Bildirək ki, mayın 7-də Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlanılıb. Elə həmin gün sosial ev almaq istəyənlər satışın həyata keçirildiyi e-gov.az saytına daxil olmaqda ciddi çətinliklə üzləşiblər. Təxminən bir saat ərzində Yasamal Yaşayış Kompleksindən olan 260 mənzilin satıldığı məlum olub. 

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənsə də, sistemdə 40 min nəfər olub. 

.
www.ÇıxışYolu.Com