MİDA tenderlərində MTK-ların iştirak etməməsinə aydınlıq gətirib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tenderlərində bu vaxta kimi orta
hesabla 7-8 podratçı şirkət iştirak edib”.
“Report” xəbər verir ki, bunu MİDA-nın direktorunun müşaviri Zahid Vəliyev
Təchizat Zənciri Liderləri Zirvəsində deyib.
“Bu günə kimi bütün tikintilərimiz tender vasitəsilə həyata keçirilib. Həmin
tender açıq üsulla aparılıb. Bu zaman Agentlik olaraq əsas qayəmiz şəffaflıq və
rəqabət mühitini təmin etmək olub. Bunun bariz nümunəsi kimi Füzuli Yaşayış
Kompleksini göstərmək olar. Belə ki, onun tikintisi üçün elan olunan tenderdə
19 podratçı şirkət iştirak edib”, – deyə o qeyd edib.
MİDA-nın tenderlərində mənzil-tikinti kooperativlərinin (MTK) iştirak etməməsi
məsələsinə aydınlıq gətirən Z.Vəliyev onların tenderdə iştirak hüququnun
olmadığını diqqətə çatdırıb:
“Bu onunla əlaqədardır ki, MTK-ların əsasnaməsinə görə, onlar öz işini başa
çatdırdıqdan 6 ay ərzində tikdiyi binanı Mənzil Mülkiyyətçilərinin Müştərək
Cəmiyyətinin idarəçiliyinə verməlidirlər”.
Daha çox foto burada: PhotoStock.az