MİK-in voleybol komandası Azərbaycan çempionatında iştirak edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında
2023/2024 illər mövsümünə start verilib.
Bakı İdman Sarayında keçirilən açılış mərasimində Azərbaycan Voleybol
Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycan Voleybol Federasiyasının
vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Voleybol Federasiyasının
vitse-prezidenti Bəhruz Quliyev, Azərbaycan Voleybol Federasiyasının İdarə
heyətinin üzvləri, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti
Aleksandar Boriçiç, Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Renato
Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan
Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev, Müdafiə Nazirliyinin
Mərkəzi İdman Klubunun (MİK) rəisi polkovnik-leytenant Ramiq Orucov və digər
qonaqlar iştirak ediblər.
Çempionatda kişilər arasındakı yarışda MİK-in “MOİK” komandası “AZERRAIL”,
“Xarı Bülbül Laçın”, “Xarı Bülbül Şuşa”, “Murov Az Terminal” və “Neftçi”
komandaları ilə mübarizə aparacaq.
Reqlamentə əsasən dörd dövrədən ibarət olan və dairəvi sistem üzrə
keçiriləcək çempionatda ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə
yüksələcəklər.