24d01538-62d6-470a-a077-9ce992e04478.webp

Mikayıl Cabbarov: “2011-2023-cü illərdə orta illik iqtisadi artım 1,5 faiz olub”

Baxış sayı: 288 dəfə baxılıb.

“2011-2023-cü illərdə Azərbaycanda orta illik iqtisadi artım tempi 1.5%, o
cümlədən qeyri-neft-qaz sektorunda 4.4% olub”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim
Fəaliyyəti Həftəsində bildirib.

“Cari ilin ötən 8 ayında isə qeyri-neft-qaz sektorunda 7% iqtisadi artım
müşahidə edilib”, – deyə o qeyd edib.

“Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi
islahatlar nəticəsində ölkənin sosial-iqtisadi mənzərəsində böyük müsbət
dəyişikliklər baş verib, əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Neft-qaz sektorunda hasilatın azalması şəraitində iqtisadi artımın, o cümlədən
qeyri-neft-qaz sektorunda iqtisadi artımın müsbət dinamikası qorunub,
pandemiyadan sonrakı illərdə də iqtisadi artım davam edib. Bu prosesdə büdcə
xərclərinin genişlənməsi, sahibkarlığa dəstək, investisiyaların və ixracın
təşviqi, sənayenin inkişafı və s. istiqamətlərdə aparılan struktur islahatlar
mühüm rol oynayıb”, – deyə nazir vurğulayıb.

Source link