f41c9712-3d4e-4ef4-853b-64baf54dd5e8..jpg

Mikayıl Cabbarov: “2023-cü il güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə zəngin oldu” – FOTO

Baxış sayı: 503 dəfə baxılıb.

Mikayıl Cabbarov: “2023-cü il güləş ictimaiyyəti üçün əlamətdar, qələbələrlə
zəngin oldu” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2023-cü il Azərbaycan Güləş Federasiyası, güləş ictimaiyyəti üçün əlamətdar,
qələbələrlə zəngin oldu”.

Bununla bağlı İqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook”da paylaşım edib.

Paylaşımda bildirilir:

“Bu il yunan-Roma güləşi üzrə millimiz tarixdə ilk dəfə dünya çempionu
titulunu qazandı. Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz dünya
çempionatında 2, Avropa çempionatında 5 qızıl medal əldə etdilər.

Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və
gənclər və idman nazirinin müavini Mariana Vasileva ilə birgə 2023-cü ildə
güləş üzrə Avropa və dünya çempionatlarında, eləcə də Bakıda keçirilmiş
hərbçilərin 36-cı dünya çempionatında yüksək nəticələr əldə etmiş idmançılarla
görüşdük.

Güləşçilərimizi və məşqçilərimizi bir daha təbrik edir, onlara gələcək
yarışlarda uğurlar arzulayırıq”.


Source link