c42e0061-d27c-4638-9a52-29b0ba1b8d7e..jpg

Mikayıl Cabbarov “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü – YENİLƏNİB + FOTO

Baxış sayı: 462 dəfə baxılıb.

Mikayıl Cabbarov “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü –
YENİLƏNİB + FOTO

“Acwa Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşdə Azərbaycanda həyata
keçirilən külək elektrik stansiyası, dəniz suyunun duzsuzlaşdırılması
layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin
səmərəliliyi, yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması
imkanları barədə müzakirələr aparılıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı
Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah
Rəşid Abunayyanla görüşüb.

İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin
inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini
vurğulayıb. Bildirilib ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan
enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas
prioritetlərindəndir. Bu istiqamətdə “Acwa Power” şirkəti ilə əməkdaşlığa önəm
verilir.

Görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz
suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji
mənbələrindən istifadənin səmərəliliyi, yaşıl enerji sahəsində potensial
layihələrin reallaşdırılması imkanları müzakirə edilib.

18:28

Azərbaycan və Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti arasında
“yaşıl enerji” sahəsində potensial layihələrin reallaşdırılması müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki
hesabında yazıb

“ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə
şirkətlə ölkəmizin əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardıq”, –
nazir qeyd edib.

M.Cabbarov bildirib ki, görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik
stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti,
alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, “yaşıl enerji”
sahəsində potensial layihələrin reallaşdırılması imkanları müzakirə olunub.

ACWA Power (@ACWAPower )
şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə şirkətlə
ölkəmizin əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardıq:

– Azərbaycanda həyata keçirilən külək #elektrikstansiyası

və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra…
pic.twitter.com/J5XBlWreZ1
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 28, 2023

Source link