77b0db8a-7712-4475-8337-43283c09a44a..jpg

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 659 dəfə baxılıb.

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının İnkişaf
Proqramının (BMTİP) rezident nümayəndəsinin səlahiyyətlərini icra edən
Alessandra Rokkasalvo ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə iqtisadiyyat naziri ölkəmizin BMT
və onun təşkilatları ilə əməkdaşlığa önəm verdiyini vurğulayıb. Azərbaycan
iqtisadiyyatının inkişaf tendensiyası və əldə edilən nəticələr, Dayanıqlı
İnkişaf Məqsədləri (DİM) ilə bağlı görülən işlər, işğaldan azad olunmuş
ərazilərimizin reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı
məlumat verilib.

Alessandra Rokkasalvo təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlıq
çərçivəsindən məmnunluğunu ifadə edib, müxtəlif sektorlar üzrə inkişaf
tədbirlərini nəzərdə tutan layihələrin, həmçinin, DİM-lərə investisiyaların
cəlb olunmasının əhəmiyyətini qeyd edib, COP29-la bağlı dəstəyə hazır
olduqlarını bildirib.

Görüşdə əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən, dayanıqlı
inkişaf üçün maliyyələşmə mexanizmlərinin tətbiqi, işğaldan azad olunmuş
ərazilərə qayıdış, enerji səmərəliliyinə investisiyaların artırılması
istiqamətində layihələrin perspektivləri, COP29-la bağlı potensial tərəfdaşlıq
müzakirə olunub.

15:28

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının
Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra
Rokkasalvo ilə görüşüb.

Bu barədə o, özünün “X” hesabında paylaşım edib.

Nazir görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə
etdiklərini deyib.

#BMT -nin
İnkişaf Proqramının (@UNDP )
#Azərbaycan
-dakı
rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo (
@AleRoccasalvo ) ilə
görüşdə ölkəmizlə əməkdaşlığın gündəliyindəki məsələləri müzakirə etdik:

– Dayanıqlı inkişaf üçün maliyyələşmə… pic.twitter.com/4p3TpG7zMo

— Mikayil Jabbarov (@MikayilJabbarov) March 29, 2024

Source link