Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas
Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş
keçirilib.
Bu barədə Cixisyolu.com-a İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş
görüşdə ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün
təşəbbüslərin artdığı vurğulanıb, Azərbaycanda inklüziv işgüzar mühit,
investorlar üçün yaradılmış imkanlar barədə məlumat verilib, avstriyalı
sərmayədarlar fəal işbirliyinə dəvət olunublar.
Tərəflər potensial əməkdaşlıq istiqamətləri və birgə sənaye layihələrinin
həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparıblar.
Avstriyanın “Grabher Group” şirkəti texniki tekstil sektorunda
yüksəktexnologiyalı məhsullar üzrə ixtisaslaşmış bir neçə törəmə şirkətdən
ibarətdir. Şirkət tibb və gigiyena, hava və maye filtrləmə, ağıllı tekstillər,
nanotexnologiyalar və yüngül kompozit materiallar üzrə xüsusi həllər təklif
edir.
17:06
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avstriyanın maliyyə nazirinin müavini
Andreas Rayxhardt ilə görüşüb.
Bu barədə nazir öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, Avstriyanın “Grabher Group GmbH” şirkətinin təsisçisi və baş
icraçı direktoru Günter Qraber ilə görüşdə ölkəmizin inklüziv biznes mühiti,
potensial əməkdaşlıq sahələri və birgə sənaye layihələrinin həyata keçirilməsi
imkanları barədə fikir mübadiləsi aparılıb.
#Avstriya
-nın maliyyə nazirinin müavini Andreas Rayxhardt və bu ölkənin “Grabher Group
GmbH” şirkətinin təsisçisi və baş icraçı direktoru Qünter Qraber ilə görüşdə
ölkəmizin inklüziv#biznes
potensial əməkdaşlıq sahələri və birgə#sənaye
layihələrinin həyata keçirilməsi…pic.twitter.com/8j7ErobnuS
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 18, 2024