eb5b9284-5271-4597-b786-eceb05798e51..jpg

Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə görüşüb – FOTO + YENİLƏNİB

Baxış sayı: 357 dəfə baxılıb.

Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə
görüşüb – FOTO + YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan İqtisadiyyat Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı
(EBRD) arasında bankla əməkdaşlığın inkişafı və COP29-a hazırlıq çərçivəsində
görülən işlər müzakirə olunub.

Cixisyolu.com bu barədə nazirliyə istinadən xəbər verir. Müzakirələr iqtisadiyyat
naziri Mikayıl Cabbarovun EBRD-nin İqlim Strategiyası və Çatdırılması
Departamentinin icraçı direktoru Harri Boyd-Karpenterlə keçirtdiyi görüşdə baş
tutub.

M. Cabbarov Azərbaycanın EBRD ilə uğurlu əməkdaşlıq etdiyini və bankla
əlaqələrin inkişafına önəm verdiyini vurğulayıb. Bildirilib ki, EBRD ilə birgə
həyata keçirilən layihələr ölkəmizin dayanıqlı inkişafı istiqamətində qabaqcıl
təcrübənin, müasir texnologiyaların və innovasiyaların tətbiqini sürətləndirir.
COP29-un Azərbaycanda keçirilməsi bankla qlobal iqlim strategiyası üzrə
əməkdaşlığın inkişafına stimul verir.

EBRD nümayəndələri bankın Azərbaycanla səmərəli tərəfdaşlığı davam etdirməkdə
maraqlı olduğunu qeyd ediblər. Azərbaycanda “yaşıl” enerjiyə keçid, bərpa
olunan enerji mənbələrindən istifadənin artırılması istiqamətində həyata
keçirilən layihələrin qurum tərəfindən dəstəkləndiyi qeyd edilib.

Görüşdə ölkəmizn ev sahibliyi edəcəyi COP29-a hazırlıq çərçivəsində görülən
işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması, enerji səmərəliliyinin
təmin edilməsi üçün resursların effektiv tənzimlənməsi müzakirə olunub.

16:48

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının
nümayəndələri ilə görüşüb.

Bu barədə o “X” hesabında paylaşım edib.

Bildirilib ki, tədbirinə hazırlıq çərçivəsində görülən işlər, beynəlxalq
təşkilatlarla dialoqun qurulması, enerji səmərəliliyinin təmin edilməsi üçün
resursların effektiv tənzimlənməsi istiqamətində müzakirələr apardıq.

Avropa Yenidənqurma və İnkişaf Bankının (@EBRD
) nümayəndələri ilə #Azərbaycan
-da
keçiriləcək#COP29
(@COP29_AZ
) tədbirinə hazırlıq
çərçivəsində görülən işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması,#enerji

səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv…
pic.twitter.com/LNT2u2gLAH
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 1, 2024

Source link