3d92df18-5ef8-40cf-ab3c-7793682b12fe..jpg

Mikayıl Cabbarov: “Azərbaycanda mühüm iqtisadi dəyişikliklər baş verib”

Baxış sayı: 466 dəfə baxılıb.

Mikayıl Cabbarov: “Azərbaycanda mühüm iqtisadi dəyişikliklər baş verib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə
– 40% azaltmağı hədəfləyir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 28-ci sessiyasında (COP28) G77+ Çin liderlərinin Zirvə görüşündə
deyib.

“Bura 30 illik erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin yerinə
yetirilməsinə töhfə verən “yaşıl enerji” zonasının yaradılması daxildir”, – o
bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan qlobal təşəbbüslərin qəbulundan sonra onların
geniş şəkildə təşviqi və həyata keçirilməsinə güclü sadiqlik nümayiş etdirib:

“Son 20 ildə Azərbaycanda əhəmiyyətli iqtisadi dəyişikliklər baş verib, bunu
ümumi daxili məhsulun (ÜDM) üç dəfə artması sübut edir. Ölkə yoxsulluq
səviyyəsinin 49%-dən 5%-ə qədər əhəmiyyətli dərəcədə azalmasına nail olub.
Bundan əlavə, 2023-cü ildə ÜDM-in təxminən 10%-ni təşkil edəcəyi gözlənilən
xarici dövlət borcunun olduqca aşağı səviyyəsi ilə Azərbaycan dünya bazarında
seçilir”.

Onun sözlərinə görə, dayanıqlı gələcəyə nail olmaq üçün yol aydındır, lakin bu
yol həll edilməli olan problemlərlə doludur:

“Yaşıl iqtisadiyyat”a aparan yolda diqqəti çəkən problemlərdən biri də
torpaqlarımızın minalarla çirklənməsidir. Azərbaycan təsdiq edir ki, davamlı
inkişafın və “yaşıl” transformasiyanın təşviqində minalarla mübarizə
təşəbbüslərinin rolu mühümdür”.

Source link